Modern.az

Mübarəkin oğulları atalarının gizli bank hesablarını açıqlayıblar

Mübarəkin oğulları atalarının gizli bank hesablarını açıqlayıblar

31 May 2011, 13:21

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin həbsdə olan oğulları Qamal və Ala atalarının gizli bank hesabları barədə istintaqa məlumat veriblər.  Modern.az “Qazeta.ru”ya istinadən bildirir ki, Tora həbsxanasında saxlanılan oğullar qeyri-qanuni varlanma ilə bağlı dindiriliblər.

Qamal və Ala ərəb, ingilis və fransız dillərində  olan və gizli bank hesablarının göstərildiyi sənədləri imzalayıblar. Bu sənədlərdə Mübarıkin Misirdə və xarici ölkələrdə olan bank hesabları açıqlanıb.

Mübarəkin vəkili Fərid -əl-Dib isə bildirib ki, Misir prezidentinin var-dövləti 1 milyon dollardan çox deyil. “Mübarək bu pulları 62 il ərzində qazanıb. Onun xaricdə və Misirdə bundan başqa pulu yoxdur”-deyə vəkil bildirib.

Amma ABŞ hesab edir ki, Mübarəkin var-dövləti 2-3 milyard dollar həcmindədir və bu pullar müxtəlif ölkələrin banklarında saxlanılır.

İsveçrə artıq Mübarəkin və daha 12 nəfərin bank hesablarına həbs qoyub. Bu hesablarda isə 320 miyon dollar saxlanlır. Hazırda İsveçrə bu pulları Misir xalqına qaytarmaq üçün hökümətlə danışıqlar aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu