Modern.az

Cavid Qurbanov: “Taksi dayanacaqları tikmək üçün Bakıda torpaq yoxdur”

Cavid Qurbanov: “Taksi dayanacaqları tikmək üçün Bakıda torpaq yoxdur”

31 May 2011, 13:26

Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna təkilf olunan dəyişikliklər yol polisi barədə qızğın müzakirələrə səbəb olub.
Modern.az
parlamentdən xəbər verir ki, Milli Məclisin üzvü, “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanov paytaxtın nəqliyyat sistemidə tez-tez şikayət edilən tıxac problemi ilə bağlı danışıb.
Deputat bildirib ki, Bakı şəhərində tıxac yox, sıxlıq problemi var. “Şəhərdə taksi dayanacaqları yoxdur. Halbuki, taksilər çağırışla işləməlidir”-deyən C.Qurbanov bildirib ki, yeraltı taksi qarajlarının olmaması problemi bir qədər də çətinləşdirir.
“Bakıda yeraltı taksi qarajları və onu tikmək üçün torpaq da yoxdur”-deyən deputat bildirib ki, qanunda avtomobillərin normativ göstəriciləri barədə maddə var. C.Qurbanov bu maddəyə istinad edərək təklif edib ki, normalara cavab verməyən maşınlar yollara buraxılmasınlar.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü