Modern.az

İran Almaniya kanslerini bir saat göydə saxlayıb

İran Almaniya kanslerini bir saat göydə saxlayıb

İqtisadiyyat

31 May 2011, 16:26

İran höküməti Almaniya kansleri Angela Merkelin olduğu təyyarəyə öz hava ərazisindən keçməsinə icazə verməyib. Modern.az “MİGnyus” portalına istinadən bildirir ki, kanslerin olduğu təyyarə bir neçə saat Türkiyə üzərində hərlənib. İran lap son məqamda hava məkanını keçməyə icazə verib. Pilotlar artıq yanacağın qurtamasından qorxaraq təyyarəni Türkiyədə yerə endirən zaman uçuş icazəsi verilib. Merkel Türkiyədən Hindistana rəsmi səfər gedirmiş.

“De Velt” qəzetinə müsahibsəində baş nazir deyib ki, “özü və pilotlat həyatlarına qarşı hər hansı təhlükə hiss etməyiblər”. Məsələ ilə bağlı Almaniya XİN-i İranın Berlindəki səfirini çağıraraq ona etirzını bildirib. Bəyanatda deyilir ki, “Tehranın bu hərəkətini Almaniyaya qarşı höprmətsizlik kimi qiymətləndirirlər.  Bu qəbuledilməzdir”. 

Alman KİV-ləri yazır ki, İran bu yolla onun nüvə proqramına qarşı embarqoya qoşulmuş Almaniyadan qisas alıb.  Media qeyd edir ki, Tehran bununla Mergeli alçaltmaq və “cəzalandırmaq” istəyib. Çünki Merkel göydə qalarkən başqa bir alman hökümət təyyarəsi problem olmadan İranın üzərindən uçmasına icazə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır