Modern.az

BMT ABŞ-dan Bin Ladeni necə öldürüldüyünü açıqlamağı tələb edir

BMT ABŞ-dan Bin Ladeni necə öldürüldüyünü açıqlamağı tələb edir

3 İyun 2011, 14:20

Xüsusi məruzəçilər “Əl-Qaidə” liderinin məhkəmədənkənar qətlinin qanuniliyini müəyyənləşdirmək niyyətini açıqlayıblar

BMT-nin xüsusi məruzəçisi ABŞ hakimiyyətini Usamə Bin Ladenin ölümü ilə bağlı bütün faktları açıqlmağa çağırıb. Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, beynəlxalq qurum “Əl-Qaidə” liderinin məhkəmədənkənar öldürülməsinin qanuniliyini müəyyənləşdirmək niyyətini açıqlayıb.

BMT-nin məhkəmdənkənar edamlar və özbaşına cəzalandırmalar üzrə xüsusi məruzəçisi Kristof Heyns və terorra qarşı mübarizə çərçivəsində insan hüquqları məsələləri üzrə məruzəçisi Martin Şeyin bu gün bəyan ediblər ki, onlar Bin Ladenin öldürülməsi ilə bağlı keçirilən antiterror əməliyytının insan haqları sahəsində beynəlxalq standartlara uyğun olub-olmadığını müəyyənləşdirmək istəyirlər.

Xüsusi məruzəçilər bildiriblər ki, onlar Bin Ladeinin ələkeçirmə əməliyyatı zamanı onun sağ tutulması planın müzakirə edilib-edilmədiyini bilmək istəyirlər. 
Professor Heyns qeyd edib ki, yalnız özünümüdafiə və digərlərinin müdafiəsi zamanı kimisə öldürmək olar. O əlavə edib ki, terrorçular və digər cinayətkarlar məhkəmə vasitəsilə ilə cəzalarına çatmalıdırlar.

Məruzəçi vurğulayıb ki, ikinci dünya müharibəsindən sonra faşist liderləri Nürenberqdə, o cümlədən Ruanda və Yuqoslaviya hadisələrinə görə beynəlxalq məhkəmədə mühakimə olunublar. Məruzəçilər bildiriblər ki, Bin Ladenin öldürülməsi presedent yarada bilər.

Xatırladaq ki mayın 1-də Barak Obama xüsusi əməliyyat nəticəsində Ben Ladenin öldürüldüyünü elan edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir