Modern.az

“Türküstan” komandası “Xəmsə” İntellektual Oyunun ikiqat qalibi olub

“Türküstan” komandası “Xəmsə” İntellektual Oyunun ikiqat qalibi olub

18 Noyabr 2009, 09:46

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Xəmsə” İntellektual Oyun üzrə Uşaq və Yeniyetmələr arasında I Azərbaycan Çempionatının final mərhələsi keçirilib. Bakı şəhərində təşkil edilmiş çempionatda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, habelə Şəki, Balakən, Oğuz, Qəbələ, Goranboy, Bərdə, Dəvəçi, Yevlax, Göygöl, Lənkəran, Masallı, İsmayıllı, Şuşa, Ağdaş, Ucar rayonlarının məktəblilərindən 21 komanda iştirak edib.

“Xəmsə” İntellektual oyunun əsasnaməsinə və çempionatın reqlamentinə görə  hər birində 4 komanda olmaqla 5 raunddan ibarət iki dəfə final mərhələsi keçirilib. Birinici final raundunda “Türküstan” (Sumqayıt) komandası I, “Tusi” (Lənkəran) komandası II, “Pənci-Gənc”(Sumqayıt) komandası III , “Hərum” (Bərdə) komandası IV yerə çıxıb.

İkinci final raunduna “Türküstan” (Sumqayıt) komandası yenidən I, “Tusi” (Lənkəran) komandası II yerə, “Hərum” (Bərdə) komandası III yerə, “Pənci-Gənc”(Sumqayıt) komandası IV yerə layiq görülüb.
Beləliklə, Sumqayıtın “Türküstan” komandası “Xəmsə” İntellektual Oyun üzrə Uşaq və Yeniyetmələr arasında I Azərbaycan Çempionatının  ikiqat qalibi olib.              

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir