Modern.az

Arvadı və bütün ailəsi ilə xaricə gedən prezidentin böyük oğlu ölkədə qalıb

Arvadı və bütün ailəsi ilə xaricə gedən prezidentin böyük oğlu ölkədə qalıb

5 İyun 2011, 18:11

Cümə günü müxalifətin hücumu nəticəsində yaralanan Yəmən prezident Əli Abdulla Saleh müalicə üçün ölkəsini tərk edərək Səudiyyə Ərəbistanına gedib. Prezidentin ğlkəni tərk etməsi münasibətilə yəməndə şənliklər keçirilib.

İndi Yəməndə Əli Abdulla Salehin vəzifəsini rəsmən tərk etməsə də, onun ölkəyə qayıdıb hakimiyyətini bərpa edəcəyinə dair şübhələr var.

Ötən 33 il ərzində Əli Abdullah Saleh çox burulğanlardan çıxıb.

Lakin indi bir çox əlamətlər göstərir ki, onun Səudiyyə Ərəbistanına gedişi dönüşsüz ola bilər.

BBC-nin məlumatına görə, xanımı da daxil olmaqla Salehin bütün ailə üzvləri onunla birlikdə səfər edirlər.

Yəmən paytaxtında ABŞ səfiri ölkənin vise-prezidenti ilə görüşüb.

Müşahidəçilər bunu hakimiyyət dəyişikliyi üçün Vaşinqtonun xeyir-duası kimi başa düşürlər.

Belə görünür ki, Ərəb dünyasını bürümüş inqilabların üçüncü qurbanı Əli Abdullah Saleh olacaq.

Prezidentin yaralanmasına səbəb ona düşmən tayfa başçısı Əl-Əhmərlə döyüşü olub.

Müxalifət bildirir ki, düşmənçiliyi prezident bilərəkdən başlayıb və ölkədə vətəndaş müharibəsinin qızışdırılması məqsədini güdüb.

İndi Yəməndə vəziyyət mürəkkəb və təhlükəlidir.

Prezident Saleh özündən sonra böyük oğlunu və bir neçə qardaşı uşaqlarını qoyub gedib. Onlar isə hərbiyyədə yüksək rütbələr tuturlar. Onlar daha bir son cəhdə də əl ata bilərlər.

Əl-Əhmər ailəsi indi özünü vəziyyətin sahibi sayır, lakin müxalifətin tərəfinə keçmiş başqa tayfalar da hakimiyyət payı istəyə bilərlər.

Hakimiyyətə kim gəlirsə, gəlsin eyni problemləri həll etməli olacaq: təhlükəsizlik, iqtisadiyyat və su qıtlığı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı