Modern.az

Yəmən prezidentinin bədənin 40 faizi yanıb

Yəmən prezidentinin bədənin 40 faizi yanıb

Dünya

7 İyun 2011, 13:15

Silahlı hücum nəticəsində yaralanmış Yəmən prezidenti Əli Abdulla Salehin bədəninin 40 faizi yanıb. Modern.az CNN-ə istinadən bildirir ki, bu barədə telekanal ABŞ hökümətindəki mənbəyə istinadən məlumat yayıb. Abdulla Saleh iyunun 3-də prezident sarayının yaxınlığında olan məscidin gülləbaran etməsi nəticəsində yaralanıb. Prezident, baş nazir və onun müavini, parlamentin sədri həmin gün məsciddə ənənəvi cümə namazında iştirak ediblər.

Yaralanan prezident Səudiyyə Ərəbistanına aparılıb və əməliyyat olunub. BBC-nin məlumatına görə, Saleh ürək nahiyəsindən bir neçə santimetr aşağı qəlpə yarası, o cümlədən döş qəfəsindən ikinci dərəcəli yanıq xəsarətləri alıb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı