Modern.az

Noyabrın 22-də Berlində "Nobellər və Bakı nefti” sərgisi keçiriləcək

Noyabrın 22-də Berlində "Nobellər və Bakı nefti” sərgisi keçiriləcək

18 Noyabr 2009, 14:03

Ötən həftə Londonun “Asia House” qalereyasında “Nobellər və Bakı nefti” adlı sərgi keçirilmişdir. Bu sərgi “Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Bakıdakı fəaliyyətinin 130 illik yubileyinə həsr olunmuş və sentyabrın 15-də ilk dəfə Bakıda nümayiş etdirilmişdi.
Londonda keçirilən sərgini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ARDNŞ və “Statoil Absheron” şirkəti təşkil edib.
Modern.az
ARDNŞ-ə istinadən xəbər verir ki, sərgi ölkəmizin Böyük Britaniyadakı səfirliyi tərəfindən də böyük dəstək alıb. Açılış mərasimində Londonda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, biznes strukturlarının təmsilçiləri, jurnalistlər və sənətsevərlər iştirak ediblər. Sərgini ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov açaraq, Azərbaycan neft sənayesinin inkişaf tarixindən və bu inkişafda Nobellər ailəsinin rolundan bəhs edib. Sonra Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Azadə Hüseynova sərginin keçirilmə məqsədi haqda iştirakçılara geniş məlumat verib.
ARDNŞ-nin Böyük Britaniyadakı nümayəndəliyinin direktoru Rüfət Əfəndiyev Nobel qardaşlarının Azərbaycan neft sənayesi qarşısındakı xidmətlərindən, neftin hasilatı və nəqlində mütərəqqi rolundan söhbət açıb.
Sərgidə “Statoil” neft şirkətinin nümayəndəsi Bayba Anda Rubesa, Viktoriya və Albert muzeyinin təmsilçisi Bat Makkillop belə bir sərginin Londonda təşkil olunmasının əhəmiyyətindən danışıblar. Sərgi üç gün ərzində davam edib. Xatırladaq ki, “Nobellər və Bakı nefti” sərgisi noyabrın 22-dən Berlin şəhərində də nümayiş etdiriləcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub