Modern.az

Norveç vəliəhdini İçərşəhərə aparıb, təndir çörəyinə qonaq etdilər

Norveç vəliəhdini İçərşəhərə aparıb, təndir çörəyinə qonaq etdilər

7 İyun 2011, 18:35

Norveç Krallığının Vəliəhdi Hookon İçərişəhərlə tanış olub. Qonağı qarşılayan “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçərişəhərin qorunmasında rolu barədə danışıb.

Qonağın İçəri Şəhərdə gəzintisi Əliağa Vahid bağından başlayıb, qonağa məşhur Qəzəlxan barədə məlumat verilib.

“Şirvanşahlar Sarayı Kompleksi” barədə informasiya verildikdən sonra  Norveç Krallığının Vəliəhdi Hookonun İçərişəhərədə gəzintisi Kiçik Qala küçəsi ilə davam etdirilib.

Qonaq milli mətbəximizin nümunəsi olan təndir çörəyinin bişirilmə texnologiyası ilə tanış olmuş və təzə bişmiş təndir çörəyinin dadına baxıb.

Sıratağlı dini-memarlıq kompleksinin ərazisində sərgilənən daşyonma sənətinin nümunələri  Norveç Krallığının Vəliəhdi Hookonun diqqətini cəlb edib. Qonağın İçəri Şəhərlə tanışlığı Bakı şəhərinin simvoluna çevrilib, dünya əhəmiyyətli abidə Qız Qalası  ilə davam etdirilib.

Asəf Zeynallı küçəsində aparılmış abadlaşdırma və restavrasiya işləri ilə tanış edilmiş qonaq burada yerləşən tarixi abidələr barəsində məlumatlandırılıb . Qonaq “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib.

Sonda Norveç Krallığının Vəliəhdi Hookon  XI əsr abidəsi Məhəmməd Məscidi ilə tanış olub və Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu