Modern.az

 “İndi sevgi məktubları əvəzinə cərimə məktubları yazılır” - Xanım poçtalyonla MÜSAHİBƏ  

 “İndi sevgi məktubları əvəzinə cərimə məktubları yazılır” - Xanım poçtalyonla MÜSAHİBƏ   

9 Oktyabr 2017, 14:58

9 oktyabr poçt işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
1861-ci ildə ilk dəfə olaraq, Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb.
Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 

Müharibədən sonrakı illərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, poçt sahəsinin inkişafında da əhəmiyyətli işlər görülüb.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib.

2016-cı ildə isə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” yenidən işlənib, 

Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatorları vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.

Modern.az saytı 73 saylı rabitə şöbəsinin poçtalyonu Dürdanə Mustafayevadan peşə bayramı münasibətilə müsahibə alıb.
 

- Dürdanə xanım, qadın üçün poçtalyon vəzifəsini icra etmək çətin deyil ki?

- Adi haldır. Heç bir çətinliyi yoxdur. İstər qadın, istərsə də kişi, fərq etməz, vəzifəmizin öhdəsindən gəlməyə çalışırıq. Poçtalyon vəzifəsi çox məsuliyyətlidir.

-Bəziləri düşünür ki, poçt xidmətindən istifadə edənlərin sayı azalıb. Bu doğrudurmu?

-Doğru deyil. Əvvəlki illərə baxanda, bu gün poçt xidmətinə müraciət edənlər daha çoxdur. Məktubların sayı çoxalıb. Qurumların sayı artdıqca, rəsmi məktubların da sayı çoxalıb. Yol polisindən bizə xeyli məktublar daxil olur. Əvvəllər belə hal yox idi. Bu da əsasən cərimələrin çox olması ilə  bağlıdır.

-Poçtalyon deyəndə gözümüzün önünə həm də “sevgi məktubları” gəlir. Nədənsə bizə elə gəlir ki, poçtalyonlar hələ də sevgi məktubu aparıb-gətirilər...

-Təəssüf ki, indi sevgi məktubları yazılmır. Yazılmadığından poçtalyona müraciət olunmur. Sadəcə, onu deyə bilərəm ki, sevgi məktublarından ötrü darıxan insanlar var. Bəzən hansısa bir müştəriyə məktub təqdim edəndə deyir ki, mənə sevgi məktubu gətirmisiz?! “Yox” kəlməsinə üzüldüklərini də hiss edirik.

-Poçtalyonun kişi olmasına adət etmişik. Maraqlıdır ki, xanım olaraq müştərilərə məktub apararkən hər hansısa neqativ halla rastlaşmısınızmı?

- Düzü, heç vaxt hansısa neqativ halla üzləşməmişəm. 30 ildir ki, bu sahədə çalışıram. Bütün müştərilərim hörmətlə əlaqə saxlayırlar. Adi bir indekslə bağlı sual olanda zəng edib maraqlanırlar. Üstəlik, bizim şöbənin bütün poçtalyonları qadınlardır.

-30 il ərzində heçmi sevgi məktublarına şahidlik etməmisiniz?

-Etmişəm. Əvvəllər sevgi məktubları daha  çox yazılırdı. Yadımdadır ki, həm oğlanlara, həm də qızlara sevgi məktubları aparırdıq. O dövr başqa idi. Sevindirici hallar çox olurdu. Gözümüzün qabağında sevgillilərin bir-birinə yazdığı məktubların sevincini yaşamışıq. Artıq o günlər geridə qalıb. İndi texnologiya əsridir. Sevgilərini telefon vasitəsilə, internetlə bir-birinə çatdırırlar.

- Sevgi məktubları yazan olmasa da, yaşlı insanların poçtalyonlara xüsusi sevgisi var. Məsələn, hansısa yaşlı insan poçtalyona ümidli baxır. Sanki indi ona nəsə bir xəbər verəcəksiniz.

- Razıyam. Yaşlı insanlar bizi görəndə çox sevinirlər. Əsasən xaricdə ya övladı, ya da yaxını varsa, bizdən mütləq bir xəbər gözləyir. Yaşlı insanların sevincinə tamaşa etmək qürur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir