Modern.az

Vətəndaşlar vəkil vasitəsilə məhkəmələrə müraciət edə biləcəklər  

Vətəndaşlar vəkil vasitəsilə məhkəmələrə müraciət edə biləcəklər   

11 Oktyabr 2017, 12:18

“Vətəndaşlar artıq vəkillər vasitəsilə məhkəmələrə müraciət edəcəklər. Bununla bağlı Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli məlumat verib.

Deputat bildirib ki, əvvəllər vətəndaşlar məhkəmələrə nümayəndələr vasitəsilə müraciət edirdilər.

“Elə olurdu ki, hüquq təhsili olmayan, məlumatsız şəxslər iddia ərizələri ilə məhkəmələrə müraciət edirdilər. Bu ərizələrə baxılmırdı və ya yenidən tərtib olunması istənilirdi. Amma dəyişiklikdən sonra tətəndaşlar artıq məhkəmələrə nümayəndələr vasitəsilə yox, vəkillər vasitəsilə müraciət edəcəklər.

Həmçinin, 2000 manatdan yuxarı mülki məsələlər üzrə, 10000 manatdan yuxarı iqtisadi məsələlər üzrə çıxarılmış apellyasiya və məhkəmə qərarlarından kassasiya şikayəti olmayacaq. Yəni, Ali Məhkəmə həmin məbləğlərdən yuxarı kassasiya şikayətlərinə baxmayacaq”.


Mülki Prosessual Məcəlləyə dəyişikliklər Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir