Modern.az

Putin MDB ölkələrinə ortaq biznes təklif etdi

Putin MDB ölkələrinə ortaq biznes təklif etdi

Aktual

11 Oktyabr 2017, 15:36

Rusiya prezidenti Vladimir Putin Soçidə MDB dövlət başçlarının sammitini giriş sözü ilə açıq elan edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti bütün MDB ölkələrinin ortaq biznes layihələri həyata keçirə biləcəyini deyib.

 

“Sammitin gündəliyi çox müxtəlifdir. MDB daxilində əməkdaşlığı gücləndirmək üçün fikir mübadiləsi aparmalıyıq. Xüsusi diqqət iqtisadiyyata yönəldilməli, investisiya və ticarət əməliyyatlarına maneələrin azaldılması üçün səyləri birləşdirməliyik”.

 

Putin bütün respublikalar və xalqlar arasında münasibətlərin daim inkişaf etdirilməli olduğunu diqqətə çatdırıb.

 

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır