Modern.az

Sosial şəbəkələrdə problem yarandı

Sosial şəbəkələrdə problem yarandı

Aktual

11 Oktyabr 2017, 21:36

Bu gün axşam saatlarından başlayaraq sosial şəbəkələrdə problem yaranıb. Modern.az xəbər verir ki, əsas problem  "Facebook" və "Instagram" sosial şəbəkələrində müşahidə olunub. Hər iki sosial şəbəkəyə daxil olmaq çətinləşib.

Məlumata görə, problem daha çox Rusiya və Avropanın bir sıra ölkələrində hiss edilməkdədir. Hətta Azərbaycan və Türkiyədə də istifadəçilər "Facebook" və "Instagram"a daxil olmaqda problemlərlə üzləşiblər. Hələlik, hadisənin səbəbləri ilə bağlı açıqlama verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!