Modern.az

YUNESKO-ya III turda da baş direktor seçilmədi

YUNESKO-ya III turda da baş direktor seçilmədi

11 Oktyabr 2017, 22:38

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.  

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi