Modern.az

Sarkisyan MDB Dövlət Başçıları Şurasının iclasında yatdı - Video

Sarkisyan MDB Dövlət Başçıları Şurasının iclasında yatdı - Video

11 Oktyabr 2017, 23:23

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib. Modern.az "Azvision"a istinadən xəbər verir ki, prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub.

Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.

Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 10-da 56,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?