Modern.az

Rektor prezident təqaüdünə layiq görülən tələbələrlə görüşdü - SİYAHI  

Rektor prezident təqaüdünə layiq görülən tələbələrlə görüşdü - SİYAHI   

Aktual

12 Oktyabr 2017, 10:55

Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Bu yüksək təqaüdə layiq görülənlər arasında Azərbaycan Tibb Universitetinin (ATU) 26 nəfər tələbəsi də var.


Modern.az xəbər verir ki, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli prezident təqaüdçüləri ilə görüşüb.

Rektor G.Gəraybəyli tələbələri təbrik edərək, onlara uğurlar diləyib: “Bu cür görüşlər bizdə artıq ənənə halını alıb. Sizin hər birinizlə tanış olmaq mənə çox xoşdur. Həm öz, həm də universitetimiz adından sizi təbrik edirəm. Bu böyük bir müvəffəqiyyətdir, nailiyyətdir. İnanıram ki, bu yüksək biliyinizi gələcəkdə universitetdə göstərəcəksiniz”.

Rektor qapısının hər zaman tələbələrin üzünə açıq olduğunu bildirib: “Həmişə sizi dinləməyə, təklif və şikayətlərinizlə tanış olmağa hazıram. Məndən öncə sizin dekanlarınız var. İstənilən problemlə bağlı onlara müraciət edin. Onlar sizə yardım etməyə hazırdırlar”.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev də təqaüdçüləri təbrik edib: “Siz yüksək bal toplamısınız, bu, çox yaxşı göstəricidir və sizinlə qürur duyuruq. Lakin Prezident təqaüdçüsü adını qazanmaq nə qədər çətindirsə, onu qorumaq daha çətindir. Sizə gələcək təhsilinizdə də belə bacarıqlı olmağı, bu adı qoruyub saxlamağı, elə bu göstəricilərlə də universiteti bitirməyi arzulayıram".

Daha sonra II müalicə-profilaktika fakültəsinin 700 bal toplamış tələbəsi Eldar Əfəndiyev tələbələr adından çıxış edərək, təşəkkürünü bildirib: “Bizlərə göstərdiyiniz dəstək və etimada görə sizə təşəkkür edirik. Bu universitet bizim üçün yeni bir həyatdır”.

Prezident təqaüdünə layiq görülən ATU tələbələri:

1.Abdullayev Toğrul Pərviz oğlu – 685 bal (MPF I)

2.Ağazadə Zəhra Tahir qızı – 687 bal (MPF II)

3.Bağırzadə Nazlı Teymur qızı – 691 bal (MPF II)

4.Baxşıyeva Nərgiz Tofiq qızı – 690 bal (MPF II)

5.Cavadzadə Fəhmin Hidayət oğlu – 695 bal (MPF II)

6.Əfəndiyev Eldar İlqar oğlu – 700 bal (MPF I)

7.Ələkbərli Fatimə Fuad qızı – 695 bal (MPF II)

8.Əliyev Elmar Tofiq oğlu – 695 (MPF I)

9.Əliyeva Aytən Mahir qızı – 687 bal (MPF I)

10.Feyzullayeva Səbinə Azər qızı – 690 bal (MPF I)

11.Həmidova Ülkər İlham qızı – 687 bal (MPF II)

12.Həsənova Maya Rəşad qızı – 686 bal (MPF II)

13.İbrahimova Aysel Vasif qızı – 695 bal (MPF I)

14.İltifatlı Aysun Novruz qızı – 695 bal (MPF II)

15.Qurbanzadə Aytac Gəncəvi qızı – 695 bal (MPF I)

16.Mədətova Lalə Emil qızı – 695 bal (MPF I)

17.Məmmədli Aliyə Arzu qızı – 695 bal (MPF II)

18.Məmmədli Azər Faiq oğlu – 695 bal (MPF II)

19.Mikayılov Ayxan Arif oğlu – 695 bal (MPF I)

20.Müslümov Ziya Qurbanxan oğlu – 700 bal (MPF II)

21.Nəcəfli Novruz Nadir oğlu – 685 bal (MPF I)

22.Osmanov Yaşar Şahin oğlu – 686 bal (MPF I)

23.Şahbazova Aliyə Azər qızı – 687 bal (MPF I)

24.Şirinzadə Əbil Adəm oğlu – 690 bal (MPF I)

25.Yusifov Nemət Kamran oğlu – 700 bal (MPF I)

26. Yusubov Loğman İlqar oğlu – 685 bal (MPF II)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür