Modern.az

 ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir 

 ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir 

12 Oktyabr 2017, 12:17

ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusunu terrorçu təşkilatlar siyahısına salmaq istəyir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələni şərh edən Rusiya XİN-i bu addımın Yaxın Şərqdə terrorçuların məhv edilməsinə ciddi maneə törədəcəyini bildirib.

“Bu qərar Yaxın Şərqdə terrorçulara göstəriləcək hərbi təzyiqi azaldacaq”-deyə açıqlama deyilir.

 

Rəsmi İranın məsələyə münasibəti isə çox sərt olub. Xarici işlər naziri Cavad Zərif Tehranın buna addıma çox sərt cavab verəcəyini bildirib. İslam İnqilabının Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri isə ABŞ ordusuna terrorçu qoşun statusu verəcəklərini xatırladıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı