Modern.az

Azərbaycanda uşaqlar üçün süni qidaların reklamına görə cərimələr olacaq  

Azərbaycanda uşaqlar üçün süni qidaların reklamına görə cərimələr olacaq    

12 Oktyabr 2017, 12:49

Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a İnzibati Xətalar Məccəlləsinə ediləcək dəyişiklikləri şərh edərkən deyib.

Deputat bildirib ki, körpələrin və erkən yaşlı uşaqların  qidalanması haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məccəlləsinin 213.0.1-ci bəndinə əlavələr edilir.

“Belə ki, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəsislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə ediləcək”.

Ç. Qənizadə bildirib ki, reklam haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məccəlləsinin 428.2 və 428.3-cü bəndləri yeni redaksiyada təklif edilir.

“ Yeni bəndə əsasən, reklam istehlakşısının şüuruna təsir göstərməklə, diqətinin reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeyd olmadan verilən gizli reklama görə- vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün reklam fəaliyyətinin subyektlərinə (reklamvericiyə, reklam istehsalçısına və reklam yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən  müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin  yayımlama  şərtlərinə əməl edilməməsinə görə- fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək”. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı