Modern.az

Jurnalist Sevinc Telmanqızının kitabına təqdimat keçirilib

Jurnalist Sevinc Telmanqızının kitabına təqdimat keçirilib

Aktual

12 Oktyabr 2017, 14:59
Bu gün "Yeni Müsavat" qəzetinin əməkdaşı, tanınmış jurnalist Sevinc  Telmanqızının "Trampın və Sevincin Amerikası" və "Xatirələrin işgəncəyə döndüyü yer" adlı kitablarının təqdimatı olub. 
 
 
Modern.az xəbər verir ki, təqdimat mərasimində ziyalılar, millət vəkilləri, müəllifin həmkarları- baş redaktorlar, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri qatılıblar. 

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, S. Telmanqızı səfərdə olduğu ölkələrdə həmişə axtarışda olur və çoxlarının diqqət etmədiyi məqamları məharətlə üzə çıxarır: "Sevinc xanım hara səfər edibsə, bütün "daşları qaldırıb”, gerçəklikləri ortaya çıxarıb. Bu kitablarda toplanan reportajlar da, çoxumuzun bilmədiyi reallıqları açıb göstərir”. 
 
 
R. Arifoğlu S. Telmanqızının müəllifi olduğu və Avropaya səfərlə bağlı hazırlanmış "Xatirələrin işgəncəyə döndüyü yer" kitabının təqdimatının iki il gecişməsinin səbəblərini də açıqlayıb: "Bu kitab Eldar Məhmudovun sayəsində iki il "həbsdə yadtı”. Onu əldə edib, təqdim edə bilmirdik”.
 
 
S. Telmanqızı çıxışında səfərləri barədə qısa məlumatlar verib. O, "Yeni Müsavat" qəzetində və saytında dərc olunmuş materialların kitab formasında dərc olunması təsadüfi olmadığını bildirib.  Müəllif deyib ki,  bu kitablar Azərbaycan mühacirləriylə bağlı gələcəkdə aparılacaq araşdırmalar üçün vəsait ola bilər:  "Bu kitablarda mühacir köçünün səbəbləri əksini tapıb, burada müxtəlif insanların həyat hekayəti yer alır. İnanırıq ki, bu, gələcəkdə Azərbaycan mühacirləri ilə bağlı aparılan araşdırmalara yardımçı olacaq".
 
 
 Daha sonra çıxış edənlər S.Telmanqızının jurnalist fəaliyyətindən, onun təqdim etdiyi kitabların əhəmiyyətindən, ümumiyyətlə, mühacirətdə olan azərbaycanlıların vəziyyətindən danışıblar. 
 
 
Sonda R.Arifoğlu deyib ki, S.Telmanqızının başladığı bu layihə davam edəcək.
 
 
Qeyd edək ki, "Trampın və Sevincin Amerikası" kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Amerika Birləşmiş Ştatlarında yeni nəsil Azərbaycan diasporu" layihəsi çərçivəsində Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən "Qanun” Nəşriyyatında çap edilib. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır