Modern.az

Türk Ordusu Suriyanın İdlib şəhərinə girib  

Türk Ordusu Suriyanın İdlib şəhərinə girib   

Aktual

13 Oktyabr 2017, 08:41

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərinə daxil olub. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, rəsmi Ankara Suriya ərazisində hərbi əməliyyatlara hazırlaşır və bu Moskva razılışadırılır. İŞİD terror qruplaşmasına qarşı əməliyyatların "Azad Suriya Ordusu" ilə birgə aparılacağı qeyd olunur.

Türkiyə ötən şənbə günü bəyan etmişdi ki, “diskalasiya zonalarının” yaradılmasına dair keçən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən, İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü