Modern.az

İqbal Ağazadə seçki bloku yaradır?

İqbal Ağazadə seçki bloku yaradır?

Aktual

13 Oktyabr 2017, 09:40

Adətən ölkədə seçkilər yaxınlaşdıqca partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir. Məsələn, 2015-ci ildəki parlament seçkilərində Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP) ilə birlikdə seçki bloku yaratmaq məqsədilə danışıqlara başladı. Seçki blokunda yalnız Ümid və ADP təmsil olunacaqdı.

 

Düzdür, daha sonra Ümid Partiyasının qərargahında "Qarabağ" Blokunun iclası zamanı seçki bloku ilə bağlı  hər iki partiya anlaşa bilmədi. Ümid Partiyasının “125-lər” adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin “125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək partiyalar  seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə etdilər. 

 

Məlum olduğu kimi gələn il ölkədə prezident seçkiləri olacaq.  Bu baxımdan seçki blokunun formalaşma ehtimalı yüksəkdir. Maraqlıdır, bu ərəfədə Ümid Partiyası seçki bloku yaratmağı düşünürmü?

 

Məsələ ilə bağlı  Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə Modern.az-a açıqlama verib:

 

“Hələki seçki bloku yaratmaq barədə bir düşüncəmiz yoxdur. Amma partiyalar bütün təşkilatlarla  funksional əməkdaşlığa həmişə açıqdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?