Modern.az

Bankomatdan oğurluq - 2938 manat çıxaran şəxs tutuldu  

Bankomatdan oğurluq - 2938 manat çıxaran şəxs tutuldu  

13 Oktyabr 2017, 11:47

Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib. 

DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.  

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.  

Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, H.Muradov  qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürübmüş. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.       

 
***

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirilib.

Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 5 evdən və 3 avtomobildən müvafiq olaraq pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elşən Kərimov və Kəmaləddin Qasımov tutulublar.

 

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  isə cari ilin aprel-sentyabr ayları ərzində rayon ərazisində 6 avtomobildən və 1 evdən  müvafiq olaraq pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İlqar Məmmədov saxlanılıb.

Göstərilən faktlarla bağlı cinayət işləri başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir