Modern.az

\"Tarix İnstitutunun dərsliklə bağlı bəyanatı AMEA-nın mövqeyi deyil\" - AÇIQLAMA

\

13 Oktyabr 2017, 15:07

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb.

 

Bu barədə Modern.az-a daxil olan açıqlamada deyilib. Bildirilib ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir.

 

"Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü