Modern.az

Azərbaycanda 30 yaşlı ana 3 yaşlı oğlu ilə itkin düşüb - FOTO  

Azərbaycanda 30 yaşlı ana 3 yaşlı oğlu ilə itkin düşüb - FOTO   

13 Oktyabr 2017, 17:38

Cari il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.  

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir:  boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub. 


Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə  022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.      

             

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər