Modern.az

Avropa İttifaqı Azərbaycanda festival keçirir

Avropa İttifaqı Azərbaycanda festival keçirir

13 Oktyabr 2017, 18:13

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi İMAGİNE - Avropa Tolerantlıq Festivalı keçirir.

 

Modern.az xəbər veir ki, tədbir Aİ ölkələrinin səfirlikləri, eləcə də İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya səfirlikləri, “Park Cinema”, “Landmark”, “United Cultures”, Bakı Media Mərkəzi və YARAT ilə birgə əməkdaşlıq şəraitində, “Türk Hava Yolları” və “ASAN Radio”nun dəstəyi ilə təşkil olunub.

 

Festivalla bağlı keçirilən mətbuat konfransında çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Bakının 12-20 oktyabr tarixlərində tolerantlığın paytaxtına çevriləcəyi üçün fəxr hissi keçirir: “IMAGINE - Avropa Tolerantlıq Festivalı üçüncü ölkədə Aİ tərəfindən dəstəklənən və keçirilən ilk festival olacaq. Bu festival Roma razılaşmasının imzalanmasının 60 illiyinə həsr edilib. Düşündük ki, festivalın keçirilməsi üçün ən yaxşı şəhər Bakıdır. Bu festivalın mahiyyəti tolerantlıq və müxtəliflik sözləri ilə əlaqəlidir. Hər iki söz də Bakını təmsil edir. Tolerantlıq günlərində gəlib mənə qoşulun”. Qeyd edək ki, Avropa Tolerantlıq Festivalının məqsədi müxtəlif incəsənət nümunələri ilə mədəniyyətlərarası dialoq və tolerantlığın dəyərlərini təşviq etməkdir. Bu, Azərbaycanda indiyədək keçirilmiş ən böyük beynəlxalq festivallardan biridir.

 

Festivalın proqramı çərçivəsində Aİ və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılacaq, görüşlər təşkil ediləcək. Festival günlərində 34 film nümayiş olunacaq, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan tanınmış film rejissorları, prodüser və aktyorlarla 9 debat sessiyası keçiriləcək, ölkədə səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 teatr tamaşası təşkil ediləcək. 18 oktyabrda festival çərçivəsində tolerantlıq mövzusunda foto-video müsabiqəsinin qalibləri mükafatlandırılacaq. IMAGINE - Avropa Tolerantlıq Festivalı iki məkanda keçiriləcək: “Landmark” (Nizami küçəsi 90) və “Park Cinema Flame Towers”də. Bütün filmlərə giriş pulsuz olacaq və “yer birinci gələnindir” prinsipi ilə xidmət göstəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi