Modern.az

Erməni prokuror Moskvada ağır qəza törətdi

Erməni prokuror Moskvada ağır qəza törətdi

Aktual

13 Oktyabr 2017, 18:24

Moskvada bu yaxınlara qədər prokuror vəzifəsində işləmiş erməni Sergey Sandrukyan Rusiya paytaxtının küçəsində özünün “Porsche” markalı avtomobili ilə ağır qəza törədib.

 

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, Sandrukyan maksimal sürtətin 60 km/saat olduğu yolda 120 km/saat sürətlə hərəkət edirmiş.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Polis müəyyən edib ki, ilin əvvəlindən keçmiş prokuror 225 dəfə yol hərəkəti qaydalarını pozub.

 

Mənbəyə görə, Sergey Sandrukyan polis polkovniki olan atasının 1 milyon dollarlıq rüşvət üstündə tutulmasından sonra işdən qovulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!