Modern.az

Bakıda 266 partlamamış hərbi sursat aşkarlandı

Bakıda 266 partlamamış hərbi sursat aşkarlandı

13 Oktyabr 2017, 20:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində mərminin olması barədə məlumat daxil olub. ANAMA-dan Modern.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin qəsəbədə şərq yaşayış sahəsi 16-cı döngədəki zibillik sahəsinə baxış keçirilib.

 

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 266 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 265 ədəd 7.62 mm-lik patron) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir