Modern.az

“Bakı Metropoliteni”nin betonqarışdıran maşını minik avtomobilinin üstünə aşdı

“Bakı Metropoliteni”nin betonqarışdıran maşını minik avtomobilinin üstünə aşdı

Aktual

13 Oktyabr 2017, 21:07

Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb. Modern.az "APA"ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

 

“Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “MAN” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

 

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir