Modern.az

YUNESKO-nun yeni baş katibi seçildi

YUNESKO-nun yeni baş katibi seçildi

13 Oktyabr 2017, 23:05

Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun yeni baş katibi seçilib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sabiq nazir təşkilatın İcraiyyə Şurası üzvlərinin 30 səsini qazana bilib. Qalib gəlmək üçün 58 səsdən 30-u qazanmaq kifayət idi.

 

Seçkilərin son turunda digər namizəd, Qətərli diplomat Həməd bin Əbdüləzizi Əl-Kavarı 28 səs toplayıb.

 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı