Modern.az

Bakıda qardaş qardaşını bıçaqladı

Bakıda qardaş qardaşını bıçaqladı

Aktual

13 Oktyabr 2017, 23:35

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.

Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilən Oqtay Qarayev dərhal əməliyyat olunub. Zərərçəkmişin çoxlu qan itirməsinə baxmıyaraq, həkimlər onun həyatını xilas edə biliblər. Ancaq hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin istintaq-əməliyyat qrupu faktı araşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır