Modern.az

Millimiz böyük hesabla məğlub oldu

Millimiz böyük hesabla məğlub oldu

Aktual

14 Oktyabr 2017, 00:17

Azərbaycanın futbol üzrə U-17 yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununda Ukrayna millisinə böyük hesabla uduzub. Modern.az  xəbər verir ki, Mirbağır İsayevin komandası Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki “Lokomotiv” stadionunda keçirilən görüşdə 6:1 hesabı ilə məğlub olub.

 

Ukrayna komandasının heyətində Mixaylo Mudryk (3-cü dəqiqə), Roman Yakuba (15ə), Danilo Sikan (35), Alan Aussi (62), Stanislav Biblik (78) və Artyom Şulyanski (80+1) fərqləniblər. Millimizin yeganə qolunu 17-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

 

Qyd edək ki, ilk oyunda komandamız İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü