Modern.az

İlyas Tapdıqın 75 illiyi qeyd olunub

İlyas Tapdıqın 75 illiyi qeyd olunub

18 Noyabr 2009, 18:20

Noyabrın 18-də Yazıçılar Birliyinin “Natəvan” klubunda şair İlyas Tapdıqın 75 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Modern.az xəbər verir ki, yubileydə iştirak edən ədəbiyyat nümayəndələri şairin həyat və yaradıcılığından ətraflı söz açaraq onu təbrik ediblər.  

Şair Fikrət Sadıq yubliyarın dərin ədəbi yaradıcılığından, zəngin təcrübəsindən danışıb. O, yubliyarın müasir Azərbaycan ədəbiyyatının uşaq yaradıcılığı sahəsində uzun illərdən bəri gördüyü işləri, çəkdiyi zəhməti xatırlayaraq onu müasir ədəbiyyatımızın Abdulla Şaiqi aslandırıb.

Millət vəkili Nazim Məmmədov şair İlyas Tapdıqın keçmiş Sovetlər dönəmində uzun illər ədəbi sahədə redaktor işləməsinə diqqəti çəkərək belə bir peşənin o dövrdə çətinliyindən danışıb. Deputat onun müəllimliyi kölgəsində neçə-neçə yazıçı və şairlərin yetışdiyini bildirib. Yazıçılar Birliyinin uşaq ədəbiyyatı bölməsinin rəhbəri Qəşəm Nəcafzadə bildirib ki, uşaq şair və yazıçısı olan İlyas Tapdıqın yaradıcılığı başqalarından fərqli olaraq bu gün də susmur və daim bulaqtək qaynayır.

Daha sonra şairin həmkrları və dostları yubliyara uzun ömür, yaradıcılıqdan uzaq olmamağı arzulayıblar. Əlvan Rüstəmov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı