Modern.az

Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri DANIŞIR: “Burada vaxt uçur” – MARAQLI

Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri DANIŞIR: “Burada vaxt uçur” – MARAQLI

25 Oktyabr 2017, 11:39

Dünyanın ictimai-siyasi prosesləri, iqtisadi-diplomatik münasibətləri  təbii şərtlər daxilində öz axarı ilə gedir.

 

Ancaq bu axara böyük güclər, da yön verir – şübhəsiz ki, xüsusi xidmət orqanlarının da gedişatı öz cizgisindən çıxarmaq üçün strateji planları olur.

 

Hədəflərə çatmaq üçünsə məxfi planların strateqləri ilə yanaşı icraçıların peşəkarlığı da çox önəmlidir. İcraçılar isə bəllidir – agentlər.

 

Agentlər də müxtəlif sahələr üzrə ixtisaslaşırlar. Kimisə peşəkar döyüşçü, kimisə yüksək səviyyəli analitik, kimisi kompüter mütəxəssisi, kimisi də özündə bütün bu cəhətləri birləşdirən şəxslər.

 

Dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir (CIA) və buranın əməkdaşlarının necə seçilməsi, necə hazırlanması həmişə maraq doğurub.

 

Maraqlıdır ki, CIA dünyanın digər xüsusi xidmət orqanlarından fərqli olaraq ictimaiyyət üçün nisbətən açıqdır, bu da onu fərqləndirən başqa bir üstünlükdür.

 

Məsələn, CIA öz agentlərinin bir günlük həyatını əks etdirən məlumatların dərcinə başlayıb. CIA-nin rəsmi saytında qurumun kiber təhlükəsizlik üzrə əməkdaşları haqda yazılar var. Özü də bunlar hələ CIA-nin tam ştatlı əməkdaşı deyillər, yalnız müəyyən kursları keçdikdən sonra gələn il tələblərə tam cavab versələr, qurumun tam ştatlı agenti olacaqlar.

 

CIA isə həmin şəxslərin adlarını açıqlamır, bu isə başadüşüləndir.

 

“Bizə CIA-yə gəlməyinizin səbəbi barədə danışın” CIA-nın saytındakı yazıya baxdıqda görürük ki, həmin stajçı-agentə verilən ilk sual budur.  Və bir şey də bəllidir ki, bu şəxsin adı açıqlanmasa da, o, qadındır.

 

Gələcəyin peşəkar agenti olacaq bu xanım isə deyir ki, o, lap gənc yaşlarından vətəndaşlıq borcu məsuliyyətini dərk edib.

 

“Buna görə də, hökumətə işləmək istədim. Müxtəlif kəşfiyyat  təşkilatlarında işləmək istəyirdim, onların hamısını nəzərdən keçirdikdən sonra, gördüm ki, CIA ən yaxşı seçimdir. Mən beynəlxalq məsələlər və kiber təhlükəsizlik üzrə biliklərimi böyük missiyanı yerinə yetirmək üçün istifadə edə bilərəm”-xanım agent belə bildirir.

 

Agentlər  günlük qrafiklərini də zərgər dəqiqliyi ilə elə müəyyən etməlidirlər ki, ortada vaxt itkisindən söhbət belə getməsin - əks təqdirdə bir çox uğursuzluqlar meydana gələ bilər.

CIA-nin xanım əməkdaşı qeyd edir ki, adətən kiber təhlükələrlə bağlı məlumatları oxumaqla günə başlayır və daha sonra mənbələri analiz edir.

“Mən sahəmə aidiyyatı olan məsələlər,  ABŞ siyasətçiləri ilə bağlı qeydlər edirəm. Bura mənim özümün də iştirak etdiyim epizodik görüşlər, brifinqlər daxildir. Boş vaxtımda isə adətən həmin materiallara yenidən baxıram və onları redaktə edirəm” – o əlavə edir.

 

Xanım agent onu da söyləyir ki, başqa yerlərdən fərqli olaraq CIA-da stajçılara real işlər tapşırırlar.

 

O, eyni zamanda CIA-də çalışmaq istəyənlərə də çağırış xarakterli məsləhət də verir: “İş üçün müraciət edin. Siz uduzmazsınız, peşman olmazsınız. İnanın ki, siz burada mənalı işlərlə məşğul olacaqsınız. Mən hər gün səhər oyanıram və işə getmək üçün tələsirəm. Hətta həftə sonları da işə getmək istəyirəm,  çünki burada vaxt uçur. 

 

CIA-nin digər əməkdaşı da bu nəhəng təşkilata necə qədəm qoymasından danışır.

 

Yuxarıda qeyd etdiyimiz xanım əməkdaşa verilən standart suallar bu şəxsə də ünvanlanır (adı və cinsi açıqlanmır).

 

“Müasir zamanda terrorizm və kiber təhlükə meylləri ortaya çıxır. 2000-ci ilin başlanğıcında mən bakalavr təhsilimi bitirdim və bu zaman terrora qarşı mübarizə sahəsində yeni tələblər meydana çıxmışdı.

 

Növbəti dekadada mən təkcə CIA ilə yox, ümumilikdə kəşfiyyat ictimaiyyəti ilə kifayət qədər yaxşı işləmək bacarığı qazanmışdım. Və bir neçə vaxt İraqda, Əfqanıstanda xidmət etdim. Mən müharibə zonasında missiyamı yerinə yetirmək üçün tez-tez Agentliyin analizlərinə istinad edirdim.

2017-ci ildə magistr təhsilimi bitirdim. Karyeramın təbii inkişaf yolu məni CIA-ya aparırdı.

 

Mən taktiki və əməliyyat təcrübələrimlə dövlətimizə qarşı olan bəzi böyük təhdidlərin, strateji təsirlərin müəyyən edilməsinə ümid edirəm”-deyə o qeyd edir .

 

Bu agent də söyləyir ki, gün çox dinamik keçir və o günə hər səhər kəşfiyyat məlumatlarını oxuyur, onları yenilənmiş faktlar əsasında qiymətləndirir.

O həmçinin həmkarları, siyasətçilərlə görüşdən sonra kəşfiyyat məlumatları yazdığını da deyir.

 

“Mən burada olduğum müddətdə kreativ həll yolları axtarmağı öyrəndim. Agentlikdə öyrənmək, bilikləri paylaşmaq, ünsiyyət və müxtəlifliyə dair ümumi öhdəlik var.

 

Agentlik xalqımızı və dövlətimizi qorumaq, səylərini uğurlu etmək üçün əməkdaşlıq mexanizmlərinin dərinləşməsinə, ən yaxşı təcrübələrin həyata keçirilməsinə sadiqdir.

 

Missiyamızın uğuru üçün hər bir CIA zabitinin töhfəsi vacibdir...”

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir