Modern.az

Cocuq Mərcanlıya ikinci köç başlayır - Bağça, məktəb, yarımçıq binalar boşaldılacaq

Cocuq Mərcanlıya ikinci köç başlayır - Bağça, məktəb, yarımçıq binalar boşaldılacaq

29 Oktyabr 2017, 14:33

Cəbrayılın Cocuq Mərcanlı kəndində daha 100 ailənin köçürülməsi üçün işlər tam  başa çatmaq üzrədir.

 

Bu barədə Modern.az-a  Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

 

Kənd rəsmisi bildirib ki, 100 evin tikintisi tam başa çatdırılıb:

“Yeni evlər birinci mərhələdə tikilən evlərin arxasından başlayaraq tikilib. Su, qaz və işıq xətləri çəkilib. Sadəcə sayğaclar quraşdırılmayıb. Qapı-pəncərələr, lüstrlər, seyf qapılar qoyulub. Kənddə uşaq bağçasının bütün avadanlıqları yüksək səviyyədə quraşdırılıb, klub icma mərkəzi, Tibb Mərkəzi və xəstəxana hazırdır, sadəcə avadanlıqlar qalıb. Çox güman ki, on günə şirkətlər işləri tam təhvil verəcəklər”.

 

X.Zeynalov ikinci mərhələdə hansı ailələrin köçürüləcəyinə də aydınlıq gətirib:

“İlkin olaraq, əsasən Bakı və Bakıətrafı qəsəbələrdə, yarımçıq tikililərdə, uşaq bağçalarında, məktəblərdə məskunlaşan məcburi köçkünlərə üstünlük veriləcək”.

O qeyd edib ki, ilkin mərhələdə köçürülən ailələrə mənzillərin “kupça”sı hələ də verilməyib:

“Bizə əvvəlcədən də deyilmişdi ki, “kupça”lar ikinci mərhələdə köçürüləcək sakinlərlə birlikdə veriləcək”.

 

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir