Modern.az

Amerikanın Qospel Musiqisi Azərbaycanda

Amerikanın Qospel Musiqisi Azərbaycanda

Mədəni̇yyət

15 İyun 2011, 13:59

Missisipi ştatından olan 4 nəfərdən ibarət Gremmi Mükafatına namizədliyi irəli sürülmüş  Qospel Musiqi Ansamblı ABŞ Dövlət Departamentinin Ritm Yol Proqramının bir hissəsi olaraq  iyunun 15-17-də Azərbaycanın Baki, Kürdəmir və Xaçmaz şəhərlərində konsert vərəcək, həmçinin Bakı Musiqi Məktəbi, Bakı Caz Mərkəzi və Xaçmazda yerləşən Amerika Guşəsində  öz təcrübələri ilə yerli musiqiçilərlə bölüşəcək.

Qospel musiqisi ənənəvi Amerika caz və blüz musiqilərinə bənzəyən yüksək enerjili, ritmik bir musiqidir. Qospel musiqisi mənşəyini Afrika mənşəli Amerikanlıların kilsələrdə  ifa etdikləri  dini mahnılardan götürmüşdü. Martin Lüter King kimi Amerikanın insan haqları hərəkatının liderləri  insanlar arasında bərabərlik tələblərini  bu hərəkatdə əsas rol oynayan qospel musiqisi  vasitəsilə səsləndirirdilər. Qospel bu günə kimi bütün Amerikada populyar olaraq qalır.

Melvin Villiyams Qrupu qospel, caz, hip-hop musiqiləri yüksək emosiyaların qatışığı olaraq Birləşmiş Ştatlar və xaricdə kifayət qədər dinlənilir. Bu yaxınlarda Moskvada verdikləri konsertdən sonra qrupun rəhbəri Melvin Villiyams deyib: “Biz bütün dünyada auditoriyası olan qospel və başqa musiqilərə öz bağlılığımızı göstərmək üçün Azərbaycanda nə vaxt  ifa edəcəyimizi səbirsizliklə gözləyirik. Biz bütün dünyada dinləyici kütləsi yığmış qospel və digər musiqilərə olan bağlılığımızı Azərbaycanda göstərməyi səbrsizliklə gözləyirik”.

Melvin Villiyams Qrupu aşağıda qeyd olunan yerlərdə konsert verəcək:

15 iyun, 15:00  - Park Bulvar Mall (giriş pulsuzdur) Park Bulvar Mall, Happy Land Playground və Kalinka restoranı tərəfindən sponsorluq edilir

16 iyun, 16:00 – Xaçmaz Şəhərinin Böyük Şəxsiyyətlər Parkı (giriş pulsuzdur)

18 iyun, 21:00 – Bakı Caz Mərkəzi (giriş 10 manatdır)

20 iyun, - Kürdəmirdə Gənc Heydərçilər Parkı (giriş pulsuzdur)


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir