Modern.az

Azərbaycan uşaq hüquqlarının vəziyyətinə dair növbəti hesabatı yekunlaşdırıb

Azərbaycan uşaq hüquqlarının vəziyyətinə dair növbəti hesabatı yekunlaşdırıb

20 Noyabr 2009, 11:24

Noyabrın 20-də Milli Məclisinin xüsusi sessiyasında BMT-nin Uşaq Fondu (YUNİSEF) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 20-ci il dönümünə həsr edilmiş xüsusi hesabatını təqdim edəcək. Bu Konvensiya uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyası demək olar ki, bütün dünyada qəbul edilib.

Milli Məclisin xüsusi sessiyası spiker Oqtay Əsədov tərəfindən açıq elan ediləcək və deputatlar, YUNISEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavin Sədaqət Qəhrəmanova və Uşaq Parlamentinin spikeri Taleh Əliyevin nitqləri ilə davam etdiriləcək.

Noyabrın 20-də YUNISEF və vətəndaş cəmiyyətindən olan müttəfiqlər hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrini eləcə də Birləşmiş Millətlər Təşkilatındakı uşaq və gəncləri Uşaq Hüquqları Konvensiyasının 20-ci il dönümünün qeyd etmək üçün bir yerə toplayır.

Konvensiya uşaq hüquqlarını 54 maddə və iki fakültativ protokol vasitəsilə müəyyən edib. Uşaq Hüquqları Konvensiyası bütün uşaqların aşağıdakı hüquqlara malik olmasını nəzərdə tutur: sağlam olmaq, tam potensial ilə inkişaf etmək, zərərli təsirlərdən, təhqir və istismardan müdafiə olunmaq, ailə, mədəni və sosial həyatda dolğun şəkildə iştirak etmək hüquqları. Konvensiyanın dörd fundamental prinsipləri ayrı-seçkiliyə yol verməmək, uşağın ən yaxşı maraqlarına sadiq olmaq, yaşamaq və sağlam olmaq və inkişaf etmək hüququ və uşağın baxışlarına hörmət etmək.

Azərbaycan bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib və  dövrdən etibarən öz öhdəliklərini yerinə yetirmək üçün bir çox işlər görüb. Ölkəmizdə 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun qəbul edilib. Uşaq hüquqlarının həyata keçirilməsi sahəsində əldə edilmiş irəliləyişlərə dair yeni hesabat bu günlərdə yekunlaşdırılıb və yoxlanılması üçün Uşaq Hüquqları üzrə Komitəyə təqdim edilib.

YUNISEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, mumi məqsədlərə nail olmaq və istisnaya yol vermədən, heç bir uşağı diqqətdən kənarda qoymadan bütün uşaqların hüquqlarının təmin edilməsi məqsədilə hökumət və parlament, beynəlxalq icma, qeyri-hökumət təşkilatları, media vasitələri və gənclər ilə səyləri birləşdirirlər. “Biz bütün uşaqların sağlam, təhsilli olmasını, müdafiə olunmasını, onların qida və müdafiə təmin olunan mühitdə yaşamasını və bütün uşaqların öz ölkələrinin gələcəyinə töhfə verəcək məsuliyyətli vətəndaşlar kimi formalaşmasını təmin etmək üçün səylərimizi əsirgəməyəcəyik”.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?