Modern.az

Deputat Qüdrət Həsənquliyevin itən çantası tapıldı

Deputat Qüdrət Həsənquliyevin itən çantası tapıldı

20 Noyabr 2009, 12:00

Noyabrın 18-də NATO Parlament Assambleyasının 55-ci sessiyasının iclasından qaydan deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin çantası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında itib. Deputat Bakıya “Bmi” şirkətinin 929-cu reysi ilə qayıdarkən bu hadisə baş verib.

Modern.az xəbər verir ki, noyabrın 20-də

Q.Həsənquliyev

jurnalistlərə açıqlamasında deyib ki,

artıq onun itən çantası tapılıb. Deputat hadisənin başvermə səbəblərini sonadək araşdıracağını deyib.

Q.Həsənquliyevin

sözlərinə görə,mümkündür ki, o, Milli Məclisdə AZAL-ın nöqsanlarından danışdığı üçün bu hadisəni törədiblər.Qüdrət Həsənquliyev baş verənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna müraciət etməyə hazırlaşırdı.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi