Modern.az

Azay Quliyev: “Şura bu il uşaq məsələlərilə bağlı 42 layihə dəstəkləyib”

Azay Quliyev: “Şura bu il uşaq məsələlərilə bağlı 42 layihə dəstəkləyib”

20 Noyabr 2009, 15:25

Modern.az xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisdə rəhbərlik etdiyi qurumun uşaq hüquqlarının qorunması və problemlərinin həlli bağlı gördüyü işlərdən, dəstəklədiyi layihələrdən danışıb. O, bildirib ki, Azərbaycanda hazırda 300-ə yaxın uşaq-gənclər təşkilatı fəaliyyət göstərir. Onlardan 80-ni uşaq problemlərinin həlli istiqamətində ixtisaslaşmış QHT-dir. A.Quliyev deyib ki, Şura 2009-cu ildə uşaq məsələlərilə bağlı 42 layihə dəstəkləyib. Onun sözlərinə görə, Prezident 2009-cu ili “Uşaq ili” elan etdiyinə görə bu məsələyə daha çox önəm veriblər. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 11 QHT regionlarda uşaqlarla bağlı layihələr reallaşdırırlar.   Ümumiyyətlə, Şura bu il uşaqlarla bağlı 42 layihənin dəstəklənməsinə 336600 manat vəsait ayırıb. Bu, qurumun ümumi büdcəsinin 1/5-i deməkdir.

“2009-cu ildə Şurasının dəstəyi ilə uşaqlarla bağlı 109 tədbir keçirilib. Eyni zamanda  uşaqlarla işləyən insanların daha yaxşı öyrənməsi üçün 172 təlim təşkil olunub. Həmçinin uşaqlarla bağlı kitablar, bukletlər çap olunub”-deyə A.Quliyev bildirib.

Layihələr təxminən 11354 uşağı əhatə edib. Ümumilikdə isə 42 layihədən 35 minə yaxın insan faydalanıb. A.Quliyev deyib ki, uşaqların problemləri ilə bağlı Azərbaycanda həm yerli və xarici QHT-lər arasında əməkdaşlıq genişlənib

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir