Modern.az

Parlament jurnalistləri deputatlarla birgə müzakirə açdılar

Parlament jurnalistləri deputatlarla birgə müzakirə açdılar

Mədəni̇yyət

18 İyun 2011, 15:17

Bu gün Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşəbbüsü ilə Azərbaycan qanunvericilik prosesinə həsr olunmuş ictimai müzakirə baş tutub.

Tədbirin açılışında çıxış edən Birliyin sədri Elşad Eyvazlı bildirib ki, məqsəd parlamentdə akreditə olunmuş jurnalistləri bu sahənin xüsusiyyətləri barədə məlumatlandırmaq və qanunların düzgün şərh olunmasında lazım olan bacarığı onlara verməkdir.

Müstəqil Elmi-Rraktiki Hüquq Mərkəzinin sədri Aydın Kərimov  Azərbaycanda qanunvericilik bazasının konstutsional baxımından formalaşması mövzusunda dinləyiciləri məlumatlandırdı. 

Beynəlxalq təcrübə haqqında Avropa Birliyinin Parlament Tvinninq layihəsinin resident-əlaqələndiricisi Yonas Çekuolis məruzə edib. O, Litva Seyminin qanunvericilik fəaliyyəti haqqında maraqlı informasiyaları toplantı iştirakçıları ilə paylaşıb.

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə baş tutan bu tədbirdə Azərbaycanda qanunvericilik bazası və hüquq nəzəriyyəsi ilə bağlı hüquqşünasların çıxışları olub.

Qeyd edək ki, Parlament Jurnalistləri Birliyi  “Parlament-cəmiyyət münasibətlərində internet medianın rolunun gücləndirilməsi” layihə çərçivəsində xeyli yeniliklərə imza atıb. Artıq PJB-nin təşəbbüsü ilə Modern.az saytında parlamentin işinə həsr edilən xüsusi bölmə yaradılıb.

Bu bölmədə Milli Məclisdə müzakirəyə çıxarılan, qəbul edilən sənədlər barəsində ətraflı məlumat verilir. Çox maraq doğuran, əhalinin həyat tərzinə birbaşa aidiyyatı olan qanun layihələri ilə bağlı ekspert rəyləri, komitə sədrləri və üzvlərindən müsahibələr  hazırlanaraq sayta yerləşdirilir.





Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir