Modern.az

Prezident İlham Əliyev turnikdə dartınıb (VİDEO)

Prezident İlham Əliyev turnikdə dartınıb (VİDEO)

29 İyun 2011, 23:58

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak ediblər.
Modern.az AzərTAc-a istnadən bildiri ki, Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılıb.
Qeyd edilib ki, 3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir materiallardan, kompakt laminatlardan istifadə olunub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı ilə tanış olublar. Bildirildi ki, burada idmançıların təlim-məşq toplanışlarına hazırlaşmaları, ümumiyyətlə idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq və idman qurğuları quraşdırılıb.
Dövlət başçısı turnikdə dartınıb.
Dövlətimizin başçısı və xanımı Bakı Tennis Akademiyasındakı üzgüçülük hovuzunda yaradılan şəraitlə də tanış olublar. Bildirildi ki, hovuzun uzunluğu 25, eni 16 metrdir. Bundan əlavə, Tennis Akademiyasında aerobika bölməsi və SPA mərkəzi də idmançıların istifadəsinə verilib.
Prezident deyib ki, o, bir neçə ildən sonra Azərbaycan tennisçilərinin dünyada öz sözlərini deyəcəklərinə əmindir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir