Modern.az

İlham Əliyev Almaniyaya Sarkisyanla görüşə gedib

İlham Əliyev Almaniyaya Sarkisyanla görüşə gedib

Təhsil

21 Noyabr 2009, 20:13
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.
Noyabrın 22-də Almaniyanın Münhen şəhərində İlham Əliyevin Ermənistan prezidenti Serj Sərkisyanla Dağlıq Qarabağ probleminin nizamlanması üzrə növbəti görüşü keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!