Modern.az

Masallıda iş adamının həbsinə qarşı etiraz aksiyası keçirilib

Masallıda iş adamının həbsinə qarşı etiraz aksiyası keçirilib

22 Noyabr 2009, 11:53

Masallıda tanınmış sahibkar Çingiz Həşimovun həbsdə saxlanılması rayonda ciddi narazılıqlar doğurmaqdadır.
Qeyd edək ki, Masallı bazarının rəhbəri olan Çingiz Həşimov dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün namizədliyini irəli sürmüşdü. Elə onun həbsi də bununla əlaqələndirilir. Masallıdan olan deputat Əhəd Abıyev də bildirib ki, Ç.Həşimov şərlənərək həbs olunub və bəzi qüvvələr ondan namizədliyini geri götürməyi tələb edirlər.

Modern.az-ın məlumatına görə, noyabrın 21-də Milli Məclisin deputatı Mirkazım Kazımov və YAP İdarə Heyətinin üzvü, sabiq deputat Kərim Kərimov bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Masallıya seçicilərlə görüşə gediblər. Onların rayona gəlişindən xəbəddar olan Masallı camaatı Çingiz Həşimovun müdafiəsi məqsədilə etiraz aksiyası keçirərək, iş adamının azadlığa buraxılmasını tələb ediblər. Etirazçı seçicilər tələblərini M.Kazımov və K.Kərimova da çatdırıblar.
Faktı
Modern.az
-a Masallıdan olan deputat Ə.Abıyev də təsdiqləyib. O, bildirib ki, Masallıya gəlib rayonun çörəyini yeyən bəzi vəzifəli şəxslər belə qarşıdurmalarda  maraqlıdırlar. “Onlar yerlərdə inzibati idarəetməyə təsir edirlər və belə hadisələr baş verir. Hesab edirəm ki, Masallıda baş verənlər bələdiyyə seçkilərinin demokratikliyinə xələl gətirmək niyyətindən başqa bir şeyil”-deyə deputat bildirib.
Xatırladaq ki, Çingiz Həşimovun həbsinə etiraz edən
500-dən çox masallılı seçici Ə.Abıyevə müraciət ünvanlayaraq məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmağı xahiş ediblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir