Modern.az

Prezidentlərin 4 saatlıq görüşündə mühüm irəliləyiş?

Prezidentlərin 4 saatlıq görüşündə mühüm irəliləyiş?

22 Noyabr 2009, 22:58

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair Münhendə keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğu buldirilir.

 

Bu barədə xəbəri “Röyters” agentliyi ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeyə istinadən yayıb.

 

Dörd saat davam edən danışıqlardan sonra fransalı həmsədr müxbirlərə jurnalistlərə bildirib ki, bir sıra mühüm irəliləyişlər əldə olunub, sobra da əlavə edib: “Lakin eyni zamanda bir sıra çətinliklər də müəyyənləşdirlib”. Fransalı həmsədrin sözlərinə görə, görüşdə əvvəllər danışılmayan detallar müzakirə mövzusu olub. Ancaq, o, məxfiliyin qorunması məqsədiylə bu detallar haqqında məlumat verə bilməyəciyini deyib.
B.Fasye bildirib ki, o, və onun Minsk qrupu üzrə amerikalı və rusiyalı həmkarları gələn görüşə hazırlıq görürlər. Llakin o, görüşün nə zaman keçiriləcəyinin dəqiqləşdirilmədiyini söyləyib.

 

“Azadlıq” radiosunun məlumatına görə, Bernar Fasye deyib ki, prezidentlər razılaşdırılmayan məsələlərlə bağlı təkliflər üzərində işi davam etdirməyi qərara alıblar. Bundan sonrakı mərəhələdə ATƏT-in Mİnsk qrupunun həmsədrləri hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirələri davam etdirəcəklər. Və həmsədlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləriylə növbəti görüşü dekabrdakı ATƏT nazirləriin toplantısı çərçivəsində baş tutacaq.
Prezidentlər danışıqlardan sonra onları gözləyəb jurnalistlərə heç bir açıqlama vermədən ayrılıblar.

 

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Münhen şəhərində keçirilən bu görüşdən əvvəl bəyan etmişdi ki, bugünkü danışıqlar rəsmi Bakı üçün həlledici ola bilər.

 

O, demişdi ki, Münhen danışıqlarında heç bir nəticə əldə olunmazsa, regionda hərbi əməliyyatların bərpa olunacağının ehtimalı var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?