Modern.az

Azərbaycanda 1617975 nəfər fərdi hesabı olan sığortaolunan var

Azərbaycanda 1617975 nəfər fərdi hesabı olan sığortaolunan var

23 Noyabr 2009, 14:46

Noyabrın 23-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) nümayəndə heyəti ilə görüş keçirilib. DSMF-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qonaqlara fondun müasir tələblərə uyğun iş şəraiti ilə baglı ətraflı məlumat verilib. Fondun sədri Səlim Müslümov bildirib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli qurulub. Bu modelin əsas tərkib hissəsi olan sığorta-pensiya sistemi 2009-cu ildən etibarən öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə ki, bu mərhələni sistemin özü-özünü tənzimləyən və müstəqil gələcək inkişafına nail olunmasını ifadə edən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” müəyyənləşdirir.  Dövlət Proqramında  Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya və dıgər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması üçün tədbirlərin görülməsi də  əksini tapıb. DSMF sədri həmçinin nəzərə çatdırıb ki, ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Bu gün fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 945 nəfər təşkil edir. “2009-cu il noyabrın 1-nə olan  statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 126 528 nəfər artaraq 1617975 nəfərə çatmışdır”.

 S.Müslümov görüşdə sığorta - pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan və qarşıda duran əsas vəzifələrdən də  danışıb. Bu vəzifələrdən biri orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə olan nisbəti ilə bağlıdır. Belə ki, yaxın gələcəkdə bu nisbət Sosial Xartiyada nəzərdə tutulan 40 faizə çatdırılmalıdır.

Görüşdə DSMF sədri qonaqları maraqlandıran dıgər məsələlərə də aydınlıq gətirib. Nümayəndə heyəti Azərbaycanda Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatı istiqamətində görülən işləri müsbət qiymətləndiriblər.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi AİSK-in “Cənubi Qafqaz ölkələri- Azərbaycan, Gürcüstan və Ermənistanda vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planlarının həyata keçirilməsinə cəlb edilməsi” adlı rəyinin Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarına təqdim edilməsindən ibarətdir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi