Modern.az

Mütəllibov ona və xanımına ayrılan mühafizədən DANIŞDI: “Hara gedəcəyimizdən xəbəri olur”  

Mütəllibov ona və xanımına ayrılan mühafizədən DANIŞDI: “Hara gedəcəyimizdən xəbəri olur”   

12 Yanvar 2018, 09:15

2012-ci ildə “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qəbul olunub. Həmin qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə dövlət tərəfindən üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

 

Eks-prezidentlərdən yeganə sağ olan Ayaz Mütəllibov 20 illik mühacirətdən sonra 2012-ci ilin  iyulunda  Bakıya qayıdıb.

 

Maraqlıdır ki, eks-prezident Ayaz Mütəllibov ona ayrılan mühafizə xidmətindən razıdırmı?

 

Nə vaxtsa mühafizə xidmətindən imtina etmək istəyibmi?

 

Ayaz Mütəllibov Modern.az-a açıqlamasında deyib ki, mühafizə xidməti eks- prezidentlər haqqında qəbul edilmiş qanunla tənzimlənir. Qanuna qarşı çıxmaq doğru deyil.

 

“Azərbaycana qayıtdığım gündən dövlət tərəfindən mənim üçün xüsusi mühafizə xidməti təşkil olunub. Sürücü və bir neçə mühafizə xidmətidir. Həm də işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Demək olar ki, evdən harasa getməyim mühafizəçinin müşayiəti ilə baş tutur. Gedəcəyim yerə bir neçə saat qalmış mühafizəçi ilə əlaqə saxlayıram. Mühafizəçimə xəbər verirəm, artıq hara və saat neçədə gedəcəyimizdən onun xəbəri olur. Mühafizə xidməti mən və həyat yoldaşım üçün ayrılıb. Mühafizəçinin övladlarıma və nəvələrimə aidiyyatı yoxdur. Amma mühafizə xidmətindən imtina etmək barədə düşünməmişəm. Bu, eks-prezidentlər haqqında qanuna zidd hərəkət olar”

 

Eks-prezident mühafizəçilərə ayrılan vəsaitdən də danışıb.

 

“Mühafizəçiyə ödənilən aylıq maliyyə vəsaiti dövlət tərəfindən tənzimlənir.Bu məsələlərlə mən məşğul olmuram. Mənim vəzifəm gedəcəyim yerə bir neçə saat qalmış mühafizəçiyə xəbər verməkdir”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?