Modern.az

Jalə Əliyeva Milli Məclisin Mədəniyyət komitəsinin işindən danışdı

Jalə Əliyeva Milli Məclisin Mədəniyyət komitəsinin işindən danışdı

11 İyul 2011, 16:24

Milli Məclisin Mədəniyyət komitəsi geridə qalan yaz sessiyasında 4 iclas kecirib. İclaslarda ilk növbədə Mədəniyyət komitəsinin 2010-cu ilin payız sesiyası ilə bağlı hesabatı dinlənilib, daha sonra 2011-çi ilin yaz sesiyasının qanunveriçilik işləri müzakirə edilib.  Bu barədə Modern.az saytına danışan parlamentin Mədəniyyət komitəsinin üzvi Jalə Əliyeva deyib ki, ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli nümayəndələri ilə birlikdə “Mədəniyyət haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə edilib.
“Bu məsələ uzun müddətdir ki, aktualdır. İlk qanunun qəbul edilməsindən çox uzun müddət keçib, bu müddət ərzində təbii olaraq qanun vaxt baxımından, müasirlik baxımından bir çox aşınmalara məruz qalıb. Ona görə də belə qərara gəldik ki, “Mədəniyyət haqqaında” Qanunu bir daha təkmilləşdirib yenidən işləyık. Artıq biz bir neçə müddətdir ki, bunun üzərində işləyirik.
Ötən sessiyada yeni qanun ilkin müzakirəyə də çıxarılıb”.

J.Əliyeva bildirib ki, Mədəniyyət komitəsi İctimai Televiziyanın Yayım Şurasının tərkibinin formalaşdırılması ilə bağlı məsələyə baxıb, “Azərbaycan dili haqqında” Qanuna isə əlavə və dəyişiklik edilib. Komitədə eyni zamanda “Muğam haqqında” Qanunun ilkin variantı hazırlanaraq müzakirə edilib, “Folklor haqqında” Qanuna əlavə və dəyişikliklər də müzakirəyə çıxarılıb.

Millət vəkilinin sözlərinə görə, “Azərbaycan dili haqqında”, “Folklor haqqında” qanunlara əlavə və dəyişikliklər istisna olmaqla, digər qanun layihələri Mədəniyyət komitəsinin öz təşəbbüsləri  nəticəsində hazırlanıb.

“Yenidən hazırlanan “Mədəniyyət haqqında” Qanun Milli Məclisin sosial qanunveriçilik şöbəsi, Mədəniyyət komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə iştirakı ilə gerçəkləşdirilir. “Muğam haqqında” Qanun  layihəsi komitəmizin işidir. Deputat Rafael Hüseynov hazırlayıb. Və təbii ki, digər üzvlərlə birlikdə müzakirə olunub”-deyə J.Əliyeva bildirib.

Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər