Modern.az

İlham Əliyev Sergey Narışkini qəbul edib

İlham Əliyev Sergey Narışkini qəbul edib

Təhsil

23 Noyabr 2009, 19:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Dövlət başçısı Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin geniş səfər proqramı çərçivəsində keçirilən mühüm tədbirlərin ölkələr arasında əlaqələrin gələcəkdə də uğurlu inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib. Sergey Narışkin deyib: “Bu gün həqiqətən də, çox dolğun və maraqlı bir gün olub. Mən “Rus kitabı evi”nin açılış mərasimində iştirak etdim, şərəfli və xoş bir missiyanı həyata keçirdim - Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə dövlət mükafatı olan “Şərəf ” ordenini təqdim etdim, “Vneştorqbank”ın Azərbaycandakı filialının açılışında iştirak etdim”. Prezident İlham Əliyev görülən bu işlərin əlaqələrin müxtəlif istiqamətlərini, o cümlədən humanitar və iqtisadi sahələri əhatə etdiyini, həmçinin müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət başçısı bununla əlaqədar bu yaxınlarda Bakıda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin də iştirak etdiyi beynəlxalq tədbiri xatırladıb. İqtisadi əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev bu baxımdan Rusiya Federasiyasının ən iri banklarından olan “Vneştorqbank”ın filialının açılmasının önəmini qeyd edib və bunun müxtəlif birgə iqtisadi layihələrin həyata keçirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Dövlət başçısı deyib ki, Narışkinin səfər proqramının əhatə etdiyi tədbirlər bir daha onu göstərir ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər çoxşaxəlidir və uğurla inkişaf edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır