Modern.az

Abel Məhərrəmova medianın «Xüsusi Rəğbət» mükafatı verildi

Abel Məhərrəmova medianın «Xüsusi Rəğbət» mükafatı verildi

Parlament

12 İyul 2011, 14:03

Bu gün Park İnn otelinin “Dan ulduzu” salonunda Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibəti ilə  Modern.az portalı və Sosial İnformasiya Agentliyinin təsis etdiyi medianın «Xüsusi Rəğbət» mükafatı qalibə təqdim olunub.

Tədbidə bildirlib ki, tanınmış ictimai və siyasi xadimlər, alimlər, jurnalistlərdən ibarət 9 nəfərlik Münsiflər Heyətinin qərarı ilə namizədlər arasından medianin «Xüsusi Rəğbət» mükafatının qalibi Milli Məclisin deputatı, akademik, tanınmış kimyaçı alim, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov seçilib.

Mükafatlandırma mərasimində çıxış edən tanınmışlar – Cahangir Məmmədli, Əli Əhmədov, Sabir Rüstəmxanlı, Vasim Məmmədəliyev, Elmar Qasımov və digərləri Abel Məhərrəmovun müxtəlif sahələrdəki fəaliyyətindən danışıb, onu təbrik ediblər.

«Xüsusi Rəğbət» mükafatının qalibi A.Məhərrəmov onun fəaliyyətinə verilən yüksək qiymətə grə hamıya təşəkkürünü bildirib.

Qeyd edək ki, Münsiflər Heyətinə Cahangir Məmmədli, Vasim Məmmədəliyev, Rəşad Məcid, Qənirə Paşayeva, Elçin Şıxlı, Elmar Qasımov, Vüsalə Mahirqızı, Arif Həşimov, Tofiq Nağıyev daxildir.

Mərasimdən daha geniş material və fotosessiya bir qədər sonra saytımızda yerləşdiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır