Modern.az

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...  

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...   

19 Yanvar 2018, 09:34

Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən çıxarılsa da, onun şəkilləri hələ də nazirliyə məxsus binalarda qalmaqda davam edir.


Nazirlikdən Modern.az-a bildirilib ki, ola bilsin eks-nazirin şəkillərini qurumun binalarındakı lövhələrdən yığışdırmaq hələ heç kəsin ağlına gəlmir.  

“Amma yəqin ki, özü və kadrları nazirlikdən uzaqlaşdırılan Fazil Məmmədovun şəkilləri də tezliklə çıxarılıb atılacaq”,-nazirlikdən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci ilin dekabrın 5-də Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin həmin gün imzaladığı digər sərəncamla onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi