Modern.az

Azərbaycanda hansı şirkətlər sosial layihələrə dəstək verir, XEYRİYYƏÇİLİK EDİR?  

Azərbaycanda hansı şirkətlər sosial layihələrə dəstək verir, XEYRİYYƏÇİLİK EDİR?   

Hadisə

19 Yanvar 2018, 13:58

Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən böyük şirkətlər sosial layihələrin dəstəkləyicisi kimi məşhurlaşıblar. ABŞ və əksər Avropa ölkələrində iri şirkətləri bu işdən kənarda təsəvvür etmirlər.

Sosial layihələr dedikdə xeyriyəçilik, təhsil və səhiyyə məsələlərinin həllinə dəstək, ətraf mühitin mühafizəsi, kimsəsiz uşaqlara yardım, idmana himayədarlıq, mədəniyyətə qayğı və digər bu kimi humanitar missiyalar nəzərdə tutulur.

Bu fəaliyyətin əsas mahiyyəti isə təbii ki, cəmiyyətə fayda verməkdir.

Təəssüf ki, Azərbaycanda bu siyasət hələ lazımi səviyyəsinə çatmayıb. Dorudur, ölkəmizdəki bəzi şirkətlərin fəaliyyətində bu istiqamətlər müyyən yer tutur, amma bunu yüksək səviyyə hesab etmək olmaz.

Müçahidələr də göstərir ki, Azərbaycanda şirkətlər Qərb ölkələrindəki kimi böyük sosial layihələrin həllində iştiraka maraqlı olmasalar da, buna bənzər xırda işlərdə - əsasən xeyriyyəçilikdə nəzərə çarpırlar. Məsələn, aztəminatlı, sağlıq problemi olan, əlil, kimsəsiz, qaçqın-köçkün insanlara maddi-mənəvi yardım göstərirlər.

Halbuki, sosial məsuliyyəti təkcə xeyriyyəçilikdən ibarət olmamalıdır.  

Hazırda Azərbaycanda korporativ sosial fəaliyyət həyata keçirən şirkətlər arasında mobil operatorlar, banklar, qida sənayesi və neft şirkətləri üstünlük təşkil edir. Bunlar isə böyük sayda deyil.

Modern.az
 saytının növbəti sorğusu da elə bu mövzudadır: Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?

Oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

BP Azərbaycan
SOCAR
Azersun Holding
Azercell
Bakcell
Nar mobile
Gilan Holdinq
Nurgun Group
Paşa Holding
Akkord

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?